Cahangir Hacıyevlə birlikdə Beynəlxalq Bankı talayan abxaz oliqarx Moskvada həbs olundu

30-03-2017, 15:53           
Cahangir Hacıyevlə birlikdə Beynəlxalq Bankı talayan abxaz oliqarx Moskvada həbs olundu
Moskvada abxaz oliqarx Levan Tujba Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında həbs olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mənbələri hüquq-mühafizə orqanlarına istinadən bildirir. Levan Tujbanın Azərbaycan DİN-in sorğusu əsasında həbs olunduğu xəbər verilir, o, “Mistral Alko” şərab idxalçısı firmasının direktorudur.

Bundan əvvəl Levan Tujba iri məbləğdə yeyintilərə və mənimsəmələrə görə axtarışa verilmişdi. Söhbət Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar vəsaitinin Levan Tujba tərəfindən kredit kimi alınaraq mənimsənilməsindən gedir.

Virtualaz.org Levan Tujbanın Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevlə cinayətkar əlaqələrinə dair bundan əvvəl araşdırmalarla çıxış etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.