“Azəravtoyol”un maşını da “protiv” getdi- VİDEO

1-04-2017, 09:52           

Bakı-Ələt yolunun 46-cı kilometrində yerləşən yük avtomobillərinin tərəzisində xidmət göstərən "Azəravtoyol ASC"nin əməkdaşları xidməti avtomobillərlə yolda “protiv” gedirlər.


Martın 30-da isə sürücülərdən birinin bu hərəkəti Avtosfer.az-ən kamerasına tuş gəlib. Bir neçə dəfə onlara bu hərəkətin təhlükəli olduğu deyilsə də, onlar buna məhəl qoymur.

Martın 30-u qeyd etdiyimiz yerdə, 10-PX-986 qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə hərəkət edib. Həmin avtomobilin təchizatında da problem var. Bu avtomobillərə qanunsuz olaraq göy-qırmızı rəngli sayrışan işıq siqnalı quraşdırılıb, amma xüsusi səs siqnalı yoxdur. “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində bu avtomobillər üçün sayrışan işıq siqnalı nəzərdə tutulmayıb. Yəni faktiki olaraq bu avtomobillər operativ nəqliyyat vasitəsi sayılmır. Lakin bu avtomobillərin sürücüləri sayrışan işıqdan sui-istifadə edərək qayda pozurlar. Bu işıqlar mütləq sökülməlidir.
[media=https://www.youtube.com/watch?v=11nxiFJ_sgU]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru