Türkiyə şirkəti deputatın oğlunu məhkəməyə verdi

3-04-2017, 21:32           
Türkiyə şirkəti deputatın oğlunu məhkəməyə verdi
Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "Öz-AK” Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb.

Eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.

Yasamal rayon məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər.

İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.

Deputat X.Kazımlı "Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: "Bu barədə Samirlə danışın. Mənim ətraflı məlumatım yoxdu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru