Hacı İbrahimin övladlarının dəbdəbəli həyat tərzi - Milyonluq maşınlar, qızlar...

4-04-2017, 12:44           
Hacı İbrahimin övladlarının dəbdəbəli həyat tərzi - Milyonluq maşınlar, qızlar...
Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin (İbrahimov) oğulları – Hüseyn və Həsən İbrahimov qardaşları xarici ölkələrdə dəbdəbəli həyat tərzlərini nümayiş etdirməklə yenidən gündəmə gəliblər

“Ölkə.Az”-ın məlumatına görə, İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə balaca bir görüntüsüdür.

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı kredit qalmaqalı məsələsində adı hallanan Hacı İbrahim Nehrəmlinin müflis olmasına baxmayaraq, övladlarının dəbdəbəli həyat tərzi keçirməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Hüseyn və Həsən İbrahimov qardaşları Qərbi Avropanın ən bahalı məktəblərində təhsil alırlar.

Görünən budur ki, Hacı İbrahim banka (dövlətə) olan borcunu ödəmək yerinə, övladları üçün şahzadə şəraiti yaradıb...






















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru