Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

6-04-2017, 09:55           

Sankt-Peterburq azərbaycanlı istehsalçılar üçün "Həsən" bazarında pulsuz yerlər ayırmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşü zamanı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko deyib.

G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsi azalıb. 2016-cı ildə ticarət dövriyyəsi 69,5 milyon dollar təşkil edərək 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz azalıb.

Bununla belə, Azərbaycandan idxal həcmi artıb. Sankt-Peterburq Azərbaycandan əsasən tərəvəz və bitki kökləri, meyvə və fındıq, eləcə də qara metallar alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru