“Ərinin qardaşı qızını qaçırdığını iddia edən qadının psixoloji problemi var” - Sığınacaqdan açıqlama

6-04-2017, 16:24           
“Ərinin qardaşı qızını qaçırdığını iddia edən qadının psixoloji problemi var” - Sığınacaqdan açıqlama
“Hamilə olduğundan ərininin xəbərsiz olduğunu deyirdi.”

Bunu AzNews.az-a qadın hüquqları ilə məşğul olan təşkilatların birindən məlumat verilib. Məlumata görə, Həmidə Səfərova ailəli olduğu zaman da qaynanası ilə yola getməyib və evdən qaçaraq Gəncə şəhərində yerləşən "Təmas" təşkilatına sığınıb:

Dedi ki, 5 aydır evdən qaçmışam. Özüm də 5 aylıq hamiləyəm. Həkim onu müayinə edəndə hamiləliyinin iki aylıq olması məlum oldu. Bunu ona deyəndə isə Həmidə sığınacaqda dava saldı. Dedi ki, “həkim yalan danışır, o, heç nə bilmir”. Bundan əlavə, hamilə olduğundan ərininin xəbərsiz olduğunu və bunun sirr qalmasını xahiş etdi. Təşkilat rəhbəri isə Həmidənin ərini sığınacağa dəvət elədi. Vəziyyəti danışdılar, onları barışdırıb yola saldılar.

Təşkilatdan bildirilən məlumata görə, Həmidə Səfərova sığınacaqda olduğu zaman həyat yoldaşından razılıq, qaynanasından isə narazılıq edib:

Deyib ki, qaynanam məni yola vermir. Əri də küçələrdə dəmir yığıb onu satıb uşaqlarına çörək qazanan bir adamdır. Belə bir kişini ləkələmək günahdır. Həmidə ərini geri qaytarmaq üçün bu yollara əl atır.

Gəncədə türkürpədici hadisə baş verib. 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun həyat yoldaşı Həmidə Səfərova ərinin doğma qardaşının 23 yaşlı qızını qaçıraraq, onunla dini nikah bağladığını iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.