Neftin qiyməti son bir ayda ilk dəfə 56 dolları ötüb
7-04-2017, 09:12
"Brent" markalı Şimal dəniz neft qatışığının iyun fyuçerslərinin qiyməti 1,5 faiz artıb və bir barel üçün 56,05 dollar təşkil edib. "Report" xəbər verir ki, bu barədə Londonun İCE birjasında keçirilən elektron hərracların nəticələri deməyə əsas verir. Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin 7 mart tarixində bir barelə görə 56 dollar olub.