Bakıda yeni köşklər hansı məqsədlə quraşdırılıb?

8-04-2017, 00:15           
Bakıda yeni köşklər hansı məqsədlə quraşdırılıb?
Bakı Şopinq Festivalının keçiriləcəyi məkanların 6-da ƏDV köşkləri quraşdırılıb.

RegionXeberleri.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, Bakı Şopinq Festivalı üçün hazırlıq işləri tamamilə başa çatıb. ƏDV-nin qaytarılması ilə bağlı proqram təminatı da hazırlanıb və test rejimində sınaqdan keçirilib. Bu günə qədər 5 bank müəyyən edilib ki, onların 15 filialı ƏDV-nin qaytarılması prosesində bilavasitə iştirak edəcək.

S.Ələkbərov qeyd edib ki, aksizli mallar, avtomobil ehtiyat hissələri və bir sıra başqa məhsullar üzrə ƏDV qaytarılmayacaq və artıq 102 ticarət obyekti rəsmi qeydiyyatdan keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.