Azərbaycanda ən yüksək maaş 60 min manatdır

11-04-2017, 17:40           

Bu gün Azərbaycanda ən yüksək məvacibli işlər bank işi, energetika və sığorta sahələrindədir.

Metbuat.az bildirir ki, ölkəmizdəki xarici şirkətlər adətən işçilərinə verdikləri maaşı gizli saxlayırlar. Lakin bəzi məlumatlara görə orada işçilər ayda 20 min manatdan 60 min manatadək maaş alırlar. SOCAR-da isə əməkhaqqı 2 min manata çatır, bununla belə, bu şirkətdə mükafatlandırma sistemi də fəaliyyət göstərir.

Yayılan məlumata görə bir müddət əvvəl Azərbaycanda maaşı 12 min manat təşkil edən bankın İdarə Heyəti sədrinin müavini vakansiyası açılıb.

Qeyd edək ki, yaxşı vəzifədə işləmək üçün insanın həmin sahədə iş təcrübəsi, əvvəlki iş yerindən müsbət xarakteristikası olmalı, özünü apara bilməli, ünsiyyətcil, təhsilli və s. olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru