Azərbaycan qaz ixracını 3,4 dəfə artırıb

13-04-2017, 21:05           
Azərbaycan qaz ixracını 3,4 dəfə artırıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 266 min 349,06 dollar dəyərində 1 mln. 619 min 616,57 kubmetr təbii qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında deyilir.

Rəqəmlərin təhlili göstərir ki, ötən rüb ərzində nəql olunan qazın həcmi 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 1 mln. 151 min 430,16 kubmetr və ya 3,46 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 202 min 862,68 dollar və ya 4,2 dəfə artım müşahidə olunur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan 63 min 486,38 dollar dəyərində 468 min 186,41 kubmetr təbii qaz ixrac edib.

Təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,22%-ə yüksəlib. Ötən il bu göstərici 5,36% idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru