2025-ci ilədək Azərbaycanda neft hasilatı PROQNOZLARI

28-04-2017, 09:09           

2025-ci ilədək Azərbaycanda neft hasilatı ildə 38 milyon tonadək azala bilər.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev deyib.

Onun sözlərinə görə, bu proqnozlar şirkət tərəfindən SOCAR və digər mənbələrə istinadən hazırlanıb.

O qeyd edib ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin ümumi buraxılış qüvvəsi 57,4 milyon təşkil edir ki, bu da Azərbaycana bu kəmərlər vasitəsilə Qazaxıstan və Türkmənistan neftini tədarük etməyə imkan verir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 41,03 milyon ton neft və qaz kondensatı hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,5 faiz azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru