“Heç zaman kreditə maşın almamışam” - Hacı İbrahim

28-04-2017, 19:59           
“Heç zaman kreditə maşın almamışam” - Hacı İbrahim
Ölkə mətbuatında “Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb

Gununsesi.info saytının xəbərinə görə, Hacı İbrahim Nehrəmliyə məxsus “Rolls Royce” markalı avtomobil kreditdə olub.

Sayt bildirir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb:

“Maşını almaq üçün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb”,- deyə məlumatda qeyd olunur.

Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib. O, musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:

“Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. “Rolls Royce” markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. “Rolls Royce” maşınımı da 2008-ci ildə nağd şəkildə almışam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.