Neftçala təhsil şöbəsinin qarşısında etiraz aksiyası-FOTO

28-04-2017, 22:36           

Bu gün Neftçala rayon təhsil şöbəsinin qarşısında vəzifələrindən kənarlaşdırılan müəllimlər etiraz aksiyası keçirib.

Xəbər verdiyimiz kimi, dünən(27 aprel-red.) Neftçala rayonu Mayak kəndində yerləşən orta məktəbdə fizika müəllimi işləyən, eləcədə AXCP-nin Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı Neftçala şəhər 3 saylı məktəbin rus dili və ədəbiyyatı müəllimi işləyən Ülkər Əhmədzadə vəzifələrindən kənarlaşdırılıblar.

Buna etiraz olaraq bu gün Neftçala rayon Təhsil şöbəsinin qarşısında etiraz aksiya keçirmiş və "Neftçalada cəbhəçi fəalllara qarşı təqiblərə son qoyun !!!”, "AXCP üzvü olduğumuz üçün işdən çıxarıldıq.Represiyaları durdurun”şüarlaı ilə etiraz ediblər.

Uluyol.info-ya Əflatun Əhmədzadə bunları dedi: "Sevindim ki, nə yaxşı mən müəllim olmuşam, çünki məktəbin bütün yuxarı sinif şagirdləri müəllimlər otağının ağzına cəmləşib ağlayırdılar. Elə bu vaxt 10-cu sinifdə oxuyan qızlardan biri qışqırdı: "Bizim müəllimimizi heç kim sındıra bilməz".Bax, bu əsl qələbədir.Tapdanmış hüquqlarımızı məhkəmə instansiyalarında bərpa etməyə çalışacıq".

Neftçala təhsil şöbəsinin qarşısında etiraz aksiyası-FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru