Oqtay Şirəliyev uşaq ölümlərinə görə qovulan şöbə müdirini İŞİNƏ BƏRPA ETDİ

1-05-2017, 13:40           
Oqtay Şirəliyev uşaq ölümlərinə görə qovulan şöbə müdirini İŞİNƏ BƏRPA ETDİ
Səhiyyə Naziri Oqtay Şirəliyev uşaq ölümlərində ittiham olunan şöbə müdirini işinə bərpa edib.

Unikal.org-a daxil olan məlumata görə, Zəhra Abbasova yenidən Mirqasımov adına Respublika Klinik xəstəxanasının Doğum Şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, jurnalist Həsən Babayev 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru