“Oyunlar zolağı” olan yollarda yeni qayda - VİDEO

2-05-2017, 08:53           

Paytaxtın bəzi yollarında həm IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Oyunlar zolağı” çəkilib, həm də parkomat var. Sürücülər belə vəziyyətdə yolda tıxacın yaranacağını deyirlər. Çünki 3 zolaqdan biri hərəkətə bağlanacaq, digərində də maşın saxlanılsa, qalır 1 hərəkət zolağı.

Bəs "Oyunlar zolağı” olan yollarda parklanma müvəqqəti olaraq ləğv edilə bilərmi?

teref.az Xəzər TV-yə istinadən məluma verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, paytaxtda "Oyunlar zolağı"nın keçdiyi bütün yollarda müvəqqəti olaraq parklanmaya icazə verilməyəcək.

Bütün bunlara yol polisi ciddi nəzarət edəcək. Hansı ərazidə dayanma və durmanın qadağan olduğu nişana ehtiyac varsa, orada nişan quraşdırılacaq.

"Oyunlar zolağı”na yalnız xüsusi buraxılışı olan və müvafiq nişanlarla işarələnmiş nəqliyyat vasitələri daxil ola bilərlər. Digər nəqliyyat vasitələri bu zolağa daxil olduğu zaman 40 manat miqdarında cərimə ediləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru