Bakıda obyektlərin çoxu bankların girovudur – Otellərdən kafelərədək...

2-05-2017, 14:03           
Bakıda obyektlərin çoxu bankların girovudur – Otellərdən kafelərədək...
Azərbaycanda nə qədər daşınmaz əmlakın bankların girovunda olması maraqlıdır.

Ancaq bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda belə bir statistika mövcud deyil:“Bu cür rəqəmlər açıqlanmır. Səbəb də Azərbaycanda daşınmaz əmlakın, o cümlədən də, digər əmlak növlərinin dövlər reyestrinin qapalı olması ilə əlaqədardır”.

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq xarici ölkələrdə dövlət reyestri açıqdır: “Hər kəs nəzərdə tutulan əmlakın kimin adına, girov olub, olmadığını araşdıra bilər”.

Ə.Həsənov bildirib ki, Azərbaycanda əsasən torpaq, obyekt, ev və avtomobillər bankların girovundadır: “Bakıda obyektlərin çoxu elə girovdur. Kafedən otel, restoranadək obyektlərin böyük əksəriyyəti girovdadır. Elə kreditlər var ki, onların adı ilə bankdan qanunsuz olaraq vəsait çıxarılıb. Banklarda olan kreditlərin həcmini götürsək, müqayisədə deyə bilərik ki, qoyulan girovların qiyməti azdır. Bu girovlar kreditləri təmin etmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru