Əlillərdən sədrə qarşı ciddi ittiham - “Torpağımızı satıb”+Video

11-05-2017, 13:42           
Əlillərdən sədrə qarşı ciddi ittiham - “Torpağımızı satıb”+Video
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü cəmiyyətin sədri Simyar Abdullayevdən narazıdır.

Onlar bununla bağlı “Qafqazinfo”ya müraciət ediblər. Şikayətçilər iddia edirlər ki, qurumun Nərimanov rayonu Faiq Yusifov 40 küçəsində yerləşən ərazisi sədr tərəfindən özəl MTK-ya satılıb. Belə olan halda isə ev növbəsində olan gözdən əlillərin mənzillə təminatı reallaşmaya bilər.

Cəmiyyətin sədri Simyar Abdullayev isə qeyd edib ki, deyilənlərin heç bir hüquqi əsası yoxdur: “Ərazilərin satılmasından söhbət gedə bilməz. Lazım olsa, bütün hüquqi sənədləri ictimaiyyətə təqdim edə bilərik”.

Dia.az problemlə bağlı videosüjeti təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru