Təhsil Nazirliyi: “Adımızdan sui-istifadə edirlər”

15-05-2017, 16:05           
Təhsil Nazirliyi: “Adımızdan sui-istifadə edirlər”
Son vaxtlar reklam və elanlarda, bildirişlərdə xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər tərəfindən xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış məlumatlar yerləşdirilir. Beləliklə, şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə edir və insanları aldadırlar.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

C.Valehov deyib ki, diplomların tanınması(nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.

“Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”, - deyə C. Valehov əlavə edib.

Ülviyyə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru