Bu avtomobil sahibləri cərimə olunacaq — XƏBƏRDARLIQ

16-05-2017, 08:43           
Bu avtomobil sahibləri cərimə olunacaq — XƏBƏRDARLIQ
Yol polisi MDB ölkələrində istehsal edilən minik avtomobillərinin sürücülərinə sərt xəbərdarlıq edib.

“VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçmək müddəti 15 gündür yekunlaşsa da, sürücülərin bəziləri avtomobillərini yoxlatdırmır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda ”vaxtım yoxdur”, ”xəbərim olmayıb” kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onalara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədov deyir ki, sovet avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir.

Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru