Tikintidə layihələndirmə tələb olunan işlərin siyahısı müəyyənləşib - Azərbaycanda

16-05-2017, 13:05           
Tikintidə layihələndirmə tələb olunan işlərin siyahısı müəyyənləşib - Azərbaycanda
Nazirlər Kabineti “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bura ərazi planlaşdırılması üzrə ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması, müfəssəl planların hazırlanması, tikinti obyektlərinin memarlıq layihələndirilməsi üzrə bina və qurğuların memarlıq layihələndirilməsi, memarlıq abidələrinin bərpası, inşaat konstruksiyalarının layihələndirilməsi üzrə nəqliyyat qurğularının layihələndirilməsi, dəmir yollarının layihələndirilməsi, tunel, körpü və yolötürücülərinin layihələndirilməsi, avtomobil yollarının layihələndirilməsi, aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi,
metropolitenlərin layihələndirilməsi, magistral boru kəmərlərinin layihələndirilməsi, hidrotexniki qurğuların layihələndirilməsi, meliorasiya qurğularının layihələndirilməsi, mühəndis sistemlərinin layihələndirilməsi üzrə yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi, rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi, nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi, layihələrin xüsusi bölmələrinin işlənilməsi üzrə tikintinin təşkilinin layihələndirilməsi, smetaların tərtib edilməsi bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi üzrə bina və qurğuların müayinəsi, mühəndis sistemlərinin müayinəsi daxildir.

Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə) də layihələndirməsi lazım olan işlərin siyahısında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru