Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib

17-05-2017, 08:29           
Azərbaycan neftinin SON QİYMƏTİ - Dəyişib
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 53,11 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,49 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 52,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 49,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 15-də 51,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.