"Akkord"un törəməsi nizamnamə kapitalını 4 mln. manat azaldıb
17-05-2017, 10:13
"Akkord Nəqliyyat" MMC-nin nizamnamə kapitalı kəskin azalıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Belə ki, "Akkord Nəqliyyat" MMC-nin 9 mln. 172 min 857,03 manat məbləğində olan nizamnamə kapitalı azaldılaraq 4 mln. 923 min 909,60 manat məbləğində müəyyən edilib.
Beləliklə, şirkətin nizamnamə kapitalı 46,32% və ya 4 mln. 248 min 947,43 manat azalıb.