Dövlət büdcəsinin kəsiri 370 milyon manata yaxınlaşır

17-05-2017, 14:02           
Dövlət büdcəsinin kəsiri 370 milyon manata yaxınlaşır
2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5 mlrd. 21,9 mln. manat, xərcləri 5 mlrd. 390 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir ki, büdcənin icrasında 368,1 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,8%-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinə 3 mlrd. 591,7 mln. manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 3 mlrd. 912,7 mln. manat xərclənib. Büdcənin icrasında yaranmış 321 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,1%-ni təşkil edib.

Daxilolmaların 20,6%-i əlavə dəyər vergisi, 12,4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,7%-i fiziki şəxslərin gəlir vergisi, 4,1%-i aksizlər, 11,1%-i digər vergilər, 46,1%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 26,1%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,4%-i sosial müdafiə və sosial təminat, 15,7%-i ümumi dövlət xidmətləri, 11,3%-i təhsil və səhiyyə sahələrinin, 30,5%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru