Sürət yarışında dəhşətli qəza törədən sürücünün RESTORANI – FOTOLAR

18-05-2017, 10:50           

Paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində baş verən qəzanı törədən sürücülərdən biri 1982-ci il təvəllüdlü Şənlik Şükürovun “Salam Aleykum” restoranının sahibi olduğu üzə çıxıb.
Şənlik Şükürovun idarə etdiyi “BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb. Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Neftçilər prospektində “Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.\kivnews.com\















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru