Azərbaycanın iki məşhuru “Greencard” udub

22-05-2017, 13:32           
Azərbaycanın iki məşhuru “Greencard” udub
Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru