Sabiq icra başçısı yeni biznesə başladı

24-06-2017, 20:59           

Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb.

teref.az ölkə.az-a istinadən xəbər verir ki, Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək.

Əldə etdiyimiz məlumata görə, sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir.

Xatırladaq ki, Tahir Kərimov Prezident İlham Əliyevin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə isə Sevindik Hətəmov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru