Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26-06-2017, 11:29           

"Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 97-ci hissəsinə uyğun olaraq, Xəyalə Adil qızı Cəmilova Sumqayıt Apelyasiya Məhkəməsinin, Rafael Əmir oğlu Eyvazov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. Onların Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin, 2017-ci il iyulun 28-dən vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar olaraq Əliyev Toğrul Məhəmməd oğlu, Məmmədov Vüqar Kamal oğlu Bakı Apelyasiya Məhkəməsinin, Vüsal Adil oğlu Cəbrayılov Şirvan Apelyasiya Məhkəməsinin, Vidadi Kamal oğlu Qasımov Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.


Hakimlərlə bağlı Məsələyə Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənkənar iclasında baxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru