Telefonununzdan silinən şəkilləri belə qaytara bilərsiniz

24-07-2017, 14:22           

Bəzən yanlışlıqla telefonumuzdan sildiyimiz şəkilləri necə geri qaytaracağımızı bilmirik. Telefonu komputerə bağlayaraq müxtəlif üsullarla şəkilləri geri qaytarmağa çalışırıq amma bəzən bu da işə yaramır.
Türküstan.info A24.Az-a istinadən sizə tefonunuzdan silinən şəkilləri asanlıqla geri qaytara biləcəyiniz üsulu təqdim edir:
Əvvəlcə Android sistemli telefonunuza “Photo Recovery” proqramını yükləməlisiniz. Proqram şəkilləri geri qaytardıqdan sonra telefonun yaddaşında “All Recovered” adlı qovluq açır. Həmin qovluqdan faylları birbaşa komputerinizə köçürə bilərsiniz.
Proqramda iki ayrı axtarış üsulu var. “Recovery Method 1” ilə axtarış daha tez tamamlanır. Lakin bu sistem daha az fayl tapır. “Recovery Metod 2” ilə axtarışınız daha gec baş tutur. Amma bu sistemlə daha yaxşı nəticə əldə edə bilirsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.