Məktəbəhazırlıq qruplarında dərslər nə vaxtdan başlayır? –VİDEO

5-08-2017, 09:30           
Məktəbəhazırlıq qruplarında dərslər nə vaxtdan başlayır? –VİDEO
Respublika üzrə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələrinin sayı açıqlanıb.

Bu il məktəbəhazırlıq qruplarında oxuyacaq uşaqların və təhsil müəssisələrinin sayı da artırılıb.

Bəs bu qruplarda dərslər nə vaxtdan başlayır? Ümumiyyətlə hansı sənədləri məktəblərə təqdim etmək lazımdır?

Xəzər TV-nin dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bu qruplarda məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır. Respublikanın bölgələrində bu il sənəd qəbulu avqustun 15-də başlayaraq sentyabrın 30-dək davam edəcək. Bakıda isə sənədlərin qəbulu elektron qaydada həyata keçirildiyindən daha tez avqustun 1-dən başlayıb sentyabrın 18-də bitəcək.

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və təhsil almaq məcburi deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru