İşsizlik sığortası qüvvəyə minir: Bu sığortadan kimlər yararlana biləcək? - VİDEO

9-08-2017, 09:26           
İşsizlik sığortası qüvvəyə minir: Bu sığortadan kimlər yararlana biləcək? - VİDEO
Dünyanın 72 ölkəsində tətbiq edilən "işsizlikdən sığorta haqqında " qanun ötən gündən etibarən ölkəmizdə də qəbul edilib. İşsizlikdən sığorta sistemi vətəndaşa nə vəd edir? Hansı üstünlükləri var? İşsizlik sığortasından kimlər yararlana biləcək? Nə vaxtdan qüvvəyə minəcək? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib.

Şəxs, iş yerini itirdiyi andan yeni iş tapanadək olan dövrdə ona itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiyası veriləcək.

Söhbət, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarından sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınacaq şəxslərdən gedir.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İdris İsayev "İşsizlik sığortasının " 2018-ci ilin yanvar ayının birindən tətbiq olunacağını açıqlayıb. Bu sığorta icbari olacağından həm müəssisənin əməyin ödənişi fondundan, həm də işçinin əmək haqqısından 0,5 faiz həcmində pul tutulacaq. Minimum 3 il sığorta stajına malik şəxslər bu yenilikdən yararlanacaqlar.

Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcək. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti 9 aydan artıq ola bilməz. İşsizə, 24 ay ərzində münasib işlə təmin edilmədikdə, bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir.

Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir. Bu proseslə 5-6 faiz səviyyəsində olan işsizliyin aradan qaldırılacağı gözlənilir. İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa yox, onun əmək bazarına təkrar qayıtmasını təmin etməkdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru