"Khazar İslands": layihə, yoxsa, işbazların "afyorizm" gedişləri?.. - İnşaatda qürubunu yaşayan Nehrəmli bumu...

5-08-2015, 12:13           
"Khazar İslands": layihə, yoxsa, işbazların "afyorizm" gedişləri?.. - İnşaatda qürubunu yaşayan Nehrəmli bumu...
Məlum olduğu kimi, "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli yenidən "bandotdelə" aparılıb.Yayılan məlumatlara görə, oliqarx Hacı İbrahim Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi səbəbindən Nehrəmli Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yenə də saxlanılıb.Bundan öncə "Avesta" konserninin prezidenti, iddialı "Khazar İslands" layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də "Bandotdel" əməkdaşları tərəfindən sorğu-suala çəkilmiş, bir neçə gündən sonra, mayın 27-də sərbəst buraxılmışdı.

Oliqarxın Azərbaycan Beynəlxalq Bankı qarşısındakı 57 milyon dollar borc etməməsi öhdəliklərini yerinə yetirəmək üçün verdiyi vədə əməl onun növbəti həbsinin səbəbi kimi göstərilir. Maraqlıdır ki, ictimaiyyətə oliqarx kimi təqdim edilən Hacı İbrahimin yarımçıq qalmış "Khazar İslands" layihəsinin belə deyək, "qurbanları" sırasında təkcə Beynəlxalq Bankın adı çəkilmir. "Avesta" konserninin rəhbəri özünün iddialı layihəsini reallaşdırmaq üçün bir çox xarici investorlardan, o cümlədən ərəb şeyxlərindən irili-xırdalı kreditlər alıb. Lakin layihə ilə yaxından tanış olduqdan sonra pessimizmə qapılmış bir sıra investorlar "zyanın yarısından..." deyərək Hacı İbrahimlə əməkdaşlıq planlarından əl çəkməli olublar. Xatırladaq ki, "Khazar İslands" layihəsinə investisiya yatırmaq fikrində olanlar arasında türk iş adamı Əli Ağaoğlunun, Qətər şeyxlərinin, Kanadanın "Export Development Canada" agentliyinin, Amerika,Ərəb və Çin sərmayədarlarının adı çəkilirdi. Hacı İbrahim mətbuata verdiyi açıqlamalarda hətta adını çəkmək istəmədiyi 3 iri şirkətlə bir neçə milyardlıq müqavilə də bağlandığını bəyan etmişdi. Onun habelə, xaricdə yaşayan azərbaycanlı iş adamlarını da öz ideyasının toruna saldığı barədə məlumatlar var. Bu işdə Diaspor Komitəsinin sədri vəzifəsində çalışan qardaşı Nazim İbrahimovun da adı artıq uzun müddətdir ki, hallanır. Düzdür, Nazim İbrahimov hər vəhclə qardaşının biznes fəaliyyətindən zahirən də olsa kənar təsir bağışlamağa çalışsa da, sonralar məlum oldu ki, xaricdə yaşayan varlı həmyerlilərimizlə dövlət mənafeləri baxımından əlaqələrin qurulması ilə paralel olaraq Hacı İbrahimin "Khazar İslands" layihəsi üçün də könüllü investor axtırışları aparılıb. Təsdiqlənməmiş məlumatlara görə, Hacı İbrahim Nehrəmli bu təmaslardan müəyyən məbləğlər əldə etmək imkanları da qazana bilib. Hacının ayrı-ayrı iş adamlarına ortalama 3-5 milyon olmaqla külli miqdarda borcu olduğu üzə çıxıb. Borcların "Xəzər adaları" layihəsinin gerçəkləşməsində iştirakın təsdiqi kimi ilkin ödəniş şəklində alındığı bildirilir. Lakin "Avesta" konserninin prezidenti həmin borcların məsuliyyətini öz üzərinə götürməkdən qəti imtina edir. Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarının məhkəmə müstəvisində həlli zərurətinin ortaya çıxacağı təqdirdə bu məsələnin də açılacağına şübhə yoxdur. Lakin hələlik borc sahibləri "Avesta" rəhbərinə qarşı rəsmi şəkildə iddialar sürməyə ürək eləmirlər. Hər şeyin axarı olduğu kimi, axırı da olur. Vaxtilə az qala bütün ölkə gündəmini zəbt etmiş "Khazar İslands" layihəsinin boş xülyadan savayı bir şey olmadığı tezliklə üzə çıxdı. Bu "afera"nın əsas fiqurları işlətdiyi fəhlələrin də əmək haqqını vaxtlı-vaxtında ödəmək iqtidarında deyildilər.Qəribə bir nonsens yaranmışdı. Milyardlıq layihələrdən danışan milyonçu Hacı İbrahimin nəinki Beynəlxalq Banka olan 57 milyonluq krediti, eynən də bir neçə milyonluq əməkhaqqı borclarını da ödəyə bilməməsi onun yalançı "imperiyası"nı yerlə-yeksan elədi. Bu isə ən böyük biabırçılıq idi. Bu gün Hacı İbrahimin yarımçıq layihəsində tez-tez kimlərisə günahkar çıxarmaq cəhdlərinə də təbii yanaşmaq lazımdır. Lakin milyardlarla vəsaitin sözün həqiqi mənasında dənizə tökülməsində görəsən kim günahkardır? Və, ümumiyyətlə, ölkə ictimaiyyəti öz layihəsinə indiyədək milyardlar xərclədiyini israr edən Hacı İbrahim Nehrəmlinin bu sözlərinə inanmağa borcludurmu? Bizcə, "Khazar İslands" layihədən daha çox işbazların "afyorizm" gedişlərinə bənzəyir. Bu gedişlərin əsas məqsədi Xəzər Adaları şəhərinin reallaşması deyil, Hacı İbrahimin milyonçulardan mümkün qədər çox pul çıxarmaq qabiliyyətinin sınağa çəkilməsi ola bilər. "Avesta" konserninin prezidenti görəsən bu sınaqdan niyə çıxa bilmədi? Təfərrüatını Diaspor Komitəsinin sədri Nazim İbrahimovdan soruşmaq düzgün olmazdımı?\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.