Binəqədi rayonu, 8-ci mikrorayonun Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından şikayətçidirlər.
Belə ki, həmin ərazini Cavid Babayev adlı şəxs hasarlayıb və orada 2 fərdi yaşayış evi tikmək istəyir. Cavid Babayev ərazinin ona məxsus olduğunu və müvafiq qurumdan icazə aldığını deyir. Lakin sakinlər bunun qanunsuz olduğunu söyləyir. Onların sözlərinə görə bu halla qarşılaşdıqda Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək məlum hasarlanma və tikintini qadağan edən sənəd alıblar. Ancaq İcra Hakimiyyətinin verdiyi bu sənəd iş icraçısı üçün keçərsizdir.
Bu ərazi burada yaşayan uşaqların tək istirahət yeridir, ancaq uşaqlar öz həyətlərində rahat hərəkət edə bilmir. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yenidən baş çəkdilər, sakinlərə verilən cavab isə belə oldu: "Gedin, haqqınızı tələb edin."