“Feysbuk”dan DAHA BİR YENİLİK: dost və səhifələri...

19-12-2017, 12:44           

“Feysbuk”a yeni özəllik əlavə edilir.

Publika.az xəbər verir ki, sosial şəbəkənin yeni özəlliyi ilə dost və səhifələri 30 gün ərzində “səssiz rejim”ə qoymaq mümkün olacaq.

Hələ ki, bu yenilik test mərhələsindədir.

Bu sistem tiviterdə olduğu kimi işləyəcək. “Səssiz rejim”ə qoyduğunuz dostlarınız və bəyəndiyiniz səhifələr xəbər lentinizdə 30 gün müddətində göstərilməyəcək.

"Feysbuk"un bu özəlliyi “İzləməyə son” sisteminə bənzəyir. Lakin bu zaman xidmət həmişəlik aktiv olduğu halda, yeni özəlliyin müddəti 30 gündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru