Oqtay Şirəliyev əmr imzalayıb

8-02-2018, 16:46           
Oqtay Şirəliyev əmr imzalayıb
Səhiyyə naziri Oqtay Şirəliyev bu il Bakıda keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında tibbi xidmətlərin təşkilinə dair əmr imzalayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda, çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırıqlar verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru