Neftin qiyməti sürətlə düşməyə başlayıb

9-02-2018, 00:56           
Neftin qiyməti sürətlə düşməyə başlayıb
Neftin dünya qiymətlərinin azalma tempi sürətlənib. Çünki ABŞ-dan gələn son statistika məlumatları treyderlərin ölkədə hasilat artımı ilə bağlı narahatlığını artırıb.

“Report” xəbər verir ki, bu, keçirilən hərraclardan sonra məlum olub.

Bakı vaxtı ilə 22.26-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan "Brent"in aprel fyuçerslərinin qiyməti 1,19 faiz azalaraq bir barelə görə 64,7 dollar təşkil edib. WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 1,08 faiz azalaraq bir barel üçün 61,12 dollara bərabər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru