26 ölkədə aclıqla mübarizəyə bir milyard dollardan artıq vəsait tələb olunur

9-02-2018, 08:43           

Münaqişələrin, eləcə də dünyada iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin fonunda aclıqdan əziyyət çəkən insanların sayı artır.

Trend-in məlumatına görə, aclıqdan əziyyət çəkən insalara kömək etmək üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) donorlardan 1,06 milyard dollar istəyib.

Təşkilatda ümid edirlər ki, bu məbləğ 26 ölkədə 30 milyondan çox insanı ərzaqla təmin etmək üçün kifayət olacaq.

FAO-nun nümayəndəsi Dominik Burjon bildirib ki, təəssüf ki, bu ölkələrin bir çoxunda həm münaqişələr, həm də təbii fəlakətlər müşahidə olunur və bu, vəziyyəti daha da çətinləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru