Bərdədə qan donduran hadisə: yeni doğulmuş körpəni küçəyə atıblar-VİDEO

9-02-2018, 08:53           

Bərdə rayonunda insanlığa sığmayan, qan donduran hadisə baş verib. Yolun kənarına yeni doğulan körpə uşaq atılıb.


Bu günlərdə Bərdə rayonunda baş verən hadisə bəlkə də uzun illər yaddaşlardan silnməyəcək. Daşqəlbli ana yenicə dünyaya gətirdiyi övladını vəhşi heyvanın belə etmədiyi bir hərəkətlə yolun kənarına atıb. Rayonun Əmirli kəndi ərazisində bir çoban tərəfindən aşkar olunan körpə yerli sakinlər tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Çılpaq vəziyyətdə, soyuqda yola atılan, bəlkə də saatlarla bir ana nəvazişinə ehtiyac duyan bu zavallı uşaq acınacaqlı sonluqla həyata vida edib.

Kənd sakinlərini ən çox hiddətləndirən fakt isə uşağın kənd yolun kənarına atılması olub. Uşaq sağ ikən Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb və polisə məlumat verilib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib. Körpə yeddi aylıq doğulub və qızdır. Aparılan müayinələrdən sonra onun artıq öldüyü məlum olub.


Faktla bağlı araşdırmalara başlanılıb.

teref.az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.