Qarını necə ƏRİTMƏLİSİNİZ?

9-02-2018, 08:59           

Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.

Unikal.org bildirir ki, göbək nahiyənizdəki yağlardan xilas olub düz qarına sahib olmaq üçün uzunmüddətli bir pəhriz proqramına uyğunlaşmaq lazımdır. Əks təqdirdə artıq çəkilər yenidən yaranacaq. Xüsusilə də karbonhidratı menyünüzdə azaltmalısınız. Xüsusilə də səhər yeməklərinə diqqət etməlisiniz.

Çünki vücud artıq çəkini əsas səhər saatlarında alır. Simit, bulkalar yerinə yumurta, pendir kimi qidalardan istifadə etməlisiniz. Məsələn, 70 kq olan bir insan gündə ən az 70 qr protein qəbul etməlidir. Ət, toyuq kimi heyvani protein ala bilmədiyimiz zaman bitki tərkibli proteinlərdən dəstək almalısınız. Məsələn, qamburger yerinə qızardılmış toyuq seçilərək yaşayış tərzinizi dəyişdirməyə başlaya bilərsiniz.

Ət tərkibli proteinlər:

Ət, balıq, yumurta, süd, pendir.

Bitki tərkibli proteinlər:

Lobya, mərcimək, noxud, badam, fındıq, taxıl məhsulları, tərəvəzlər.

Hər gün getdiyiniz yerə avtobusdan bir dayanacaq erkən enin və yeriyin. Həftədə minimum 150 dəqiqə sürətlə idman hərəkətləri ilə məşğul olmalısınız.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru