Dolu batareya ilə ən çox yol qət edən elektrikli avtomobillər – Bəs Azərbaycanda vəziyyət necədir?

10-02-2018, 12:50           
Dolu batareya ilə ən çox yol qət edən elektrikli avtomobillər – Bəs Azərbaycanda vəziyyət necədir?
Dünyanın bir çox yerində yanacağın qiymətinin artması elektrikli və hibrid avtomobillərə marağı artırıb. Satışları ötən il 500 faizdən artıq elektrikli avtomobillərin enerji ilə necə təmin olunacağı sual yaradır.

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da elektriklə çalışan avtomobillərə maraq artıb. Ölkəmizdə mövcud infrastruktur elektriklə çalışan avtomobillərin istifadəsinə tam uyğun olmasa da bu sahədə xeyli işlər görülür.

2014-cü ildən etibarən “SOCAR Petroleum” şirkəti tərəfindən Bakıda bir neçə şarj məntəqəsi quraşdırılıb və bu xidmət müştərilərə pulsuz təklif olunur.

Yanacaq doldurma məntəqəsində quraşdırılan avadanlıqlar eyni zamanda iki avtomobili şarj etməyə imkan verir.

Lakin Azərbaycan ərazisində belə şarj məntəqələrinin sayı həddən artıq azdır, qeyri-şəhər tipli yaşayış yerlərində və magistral yollarda şarj məntəqələri quraşdırılmayıb ki, bu da elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsinə mane törədir. İmkanı olanlar bu avtomobilləri evində gecədən səhərə qədər də şarj edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru