DİN generalı kreslosundan ayrılmamaq üçün 15 KQ ARIQLADI...

10-02-2018, 19:07           
DİN generalı kreslosundan ayrılmamaq üçün 15 KQ ARIQLADI...
Tacikistanda milis general-mayoru Suhrob Rahmonzoda vəzifəsini itirməmək üçün çəkisini 15 kiloqram azaltmağa nail olub.

Moderator.az yazır ki, bu haqda “TacikTA” agentliyi xəbər yayıb. Qeyd edilir ki, yüksək çinli polis məmurunun ağır çəkisinə qarşı qətiyyətlə mübarizə aparmasına daxili işlər nazirinin normadan artıq çəkisi olan milis əməkdaşlarını orqanlardan xaric etmək haqda əmri olub.

DİN bütün əməkdaşları üçün boy və çəkinin uyğunluğuna dair normativlər müəyyənləşdirib. Məsələn, boy 170 santimetrdirsə, çəki 75 kiloqramdan çox olmamalıdır. Əmrə əsasən işdən çıxarılanlara öz parametrlərini müəyyən olunmuş standarta gətirmək üçün vaxt verilib. Yalnız bundan sonra onların işə bərpa olunacağı bildirilib.

Xatırladaq ki, 2017-ci ildə Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı artıq çəkiyə görə tutduqları vəzifədən kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru