Ermənilər Xocalıda şadlıq sarayını istifadəyə verəcəklər...

10-02-2018, 23:28           
Ermənilər Xocalıda şadlıq sarayını istifadəyə verəcəklər...
Erməni işğalçıları Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı ən böyük qətliam törətdikləri Xocalıda 3 il öncə tikintisinə başladıqları 250 nəfərlik şadlıq sarayını 2018-ci ildə istifadəyə verməyi planlaşdırırlar.

Moderator.az yazır ki, bu haqda Xankəndində qondarılmış separatçı rejimin “şəhərsalma naziri” kimi təqdim olunan Karen Şaxramanyan “hökumət iclası”nda məlumat verib.

O bildirib ki, separatçı rejim və “Hayastan” ümumerməni fondunun birgə maliyyəsi hesabına Əsgəran rayonunun “İvanyan”(işğalçılar Xocalını belə adlandırırlar), “Xndzrıstan”, “Krasni” adlanan kəndlərində və Ağdərənin “Getavan” adlanan kəndində tikilməkdə olan şadlıq sarayları bu il istifadəyə veriləcək.

Bundan başqa Talış kəndində məktəb, uşaq bağçası, məişət evi, Kəlbəcər rayonunun Çərəktar və Xocavəndin “Xtsabert” adlanan bir kəndində də məktəb tikintisinin başa çatdırılacağı planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru