Məktəbdə intim videosu yayılan 13 yaşlı qız Instagram-da damarlarını doğradığını söylədi

11-02-2018, 13:38           

"Bizim ən çox qorxduğumuz hadisə baş verdi. 132-134 saylı təhsli kompleksinin 7-ci sinif şagirdi cəmiyyət tərəfindən qınaq obyektinə çevrildiyindən özünə qəsd etmək istəyib".

AZXEBER.COM-un oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Azərbaycan uşaqlar birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, fevralın 10-u həmin qız Instagram sosial şəbəkəsi vasitəsi ilə canlı yayıma çıxıb və qolunda damarlarını kəsdiyini nümayiş etdirib:

"Bu zaman qız qeyd edib ki, daim bu cür hərəkətlər edir. Yeniyetmə qızın psixoloji durumu yaxşı deyil və onun cəmi 13 yaşı var".

Azərbaycan uşaqlar birliyinin rəhbəri zorakılığın qurbanı olmuş məktəbli qızı qorumağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru