"Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə yatırmışıq" - Bəxtiyar Aslanbəyli

13-02-2018, 13:48           
"Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə yatırmışıq" - Bəxtiyar Aslanbəyli
"Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə yatırmışıq". "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə "Azəri-Çıraq-Günəli" yataqlar blokunda indiyədək 3,3 mlrd. barel neft hasil edilib.

"Həmçinin, 32 mlrd. kubmetr səmt qazını təmənnasız dövlətə vermişik. "Şahdəniz" layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barel kondensat hasil olunub", - deyə "BP-Azerbaijan" rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru