Formula 1 yarışlarından Azərbaycanın QAZANCI açıqlandı

15-02-2018, 16:58           

Formula 1 yarışları Azərbaycana 277 milyon dollardan artıq gəlir gətirib.

Bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrində qeyd olunub.

Araşdırmaya əsasən, Bakıda keçirilən Formula 1 yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Hesabatda 277,3 milyon dollar göstərilən yekun məbləğ yarışlar ərəfəsinfə F1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. (trend)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.