Sevgilisindən ayrılan 14 yaşlı qız özünü asdı - Bakıda intihar

16-02-2018, 11:02           
Sevgilisindən ayrılan 14 yaşlı qız özünü asdı - Bakıda intihar
Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O, sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb.

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru