«Quli»nin düşməni danışdı: “Sağ-salamatam” — VİDEO

20-02-2018, 00:37           

Sosial şəbəkələrdə kriminal avtoritet Lotu Qulini təhqir etdiyi üçün öldürüldüyü bildirilər çeçen əsilli «Timur» adlı şəxs barəsində yayılan məlumatların yalan olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamı kimi tanınan «Timur» barəsindəki məlumatın Lotu Quliyə yaxın jurnalistlər tərəfindən yayıldığını bəyan edib.

Məsələyə münasibət bildirən Qastəmirov Lotu Quliyə yalan məlumatlar yaymamağı məsləhət görüb.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru