Daha iki dərmanın satışı qadağan edildi

21-02-2018, 08:03           
Daha iki dərmanın satışı qadağan edildi
əddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə “Bioporoks” və “Sonofaks” kimi dərman vasitələrinin satışı qadağan edilib.

teref.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.

Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru