Rusiyalı turistlər Azərbaycan sərhədini pozaraq İstisuda istirahət edir - Yeni video-görüntülər

22-02-2018, 12:25           
Rusiyalı turistlər Azərbaycan sərhədini pozaraq İstisuda istirahət edir - Yeni video-görüntülər
Rusiyalı turistlər Ermənistandan Zod aşırımı vasitəsilə növbəti dəfə Azərbaycan sərhədini pozaraq Kəlbəcərə daxil olublar.

Moderator.az-ın Mirkazım Laçın Alxaslı adlı istifadəçinin “You Tube” kanalına istinadla əldə etdiyi 2017-ci ilə aid görüntülərdə bir dəstə motosiklli rusun sərhədimizdə dayanaraq “Nəhayət, Qarabağın sərhədinə çatdıq!” dedikləri və sonra Ukrayna ilə də bağlı nəsə istehzalı bir ifadə işlədərək qəhqəhə çəkərək güldükləri görünür.

Daha sonra sərhəd pozucuları sərbəst şəkildə Kəlbəcərin mənzərəli yollarıyla İstisu istiqamətinə - istirahətə yollanırlar...
[media=https://www.youtube.com/watch?v=oSWu7D8U6aA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru