Zabil Müqabiloğlunun vəfatından bir il ötdü

26-02-2018, 12:28           
Zabil Müqabiloğlunun vəfatından bir il ötdü
Tanınmış jurnalist "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" qəzetində çalışıb.

2017-ci il fevralın 26-da tanınmış jurnalist Zabil Müqabiloğlu qaraciyər serrozundan vəfat edib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatda çalışmağa başlayıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetində çalışıb.

Zabil Müqabiloğlunun son iş yeri təsisçisi və baş redaktoru olduğu Gunxeber.com saytı olub.

Ailəli idi, bir oğlu var.

Allah rəhmət eləsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.