Neftçalada təbii qaz böhranı... - Və təbii bəhanələr...

27-08-2015, 20:54           
Neftçalada təbii qaz böhranı... - Və təbii bəhanələr...
Neftçala rayonunda əhalinin üzləşdiyi xeyli sayda sosial problemlər var. Həmin problemlərlə bağlı rayonda apardığımız araşdırmalar zamanı məlum olub ki, durum daha kritik həddədir.

JAM.AZ-ın əməkdaşı ilə söhbət edən Tofiq İsmayılov adına Mirqurbanlı orta məktəbinin idman müəllimi ,rayon futbol komandasının keçmiş məşqçisi Hüseyn Fərəcov daha maraqlı məqamlara toxunub.

Müsahibimiz bildirib ki, onlar Bakı kəndlərindən sonra ilk qaz abonenti olan sakinlərdirlər. «Burada mədənlər tapılandan sonra yaşayış bərpa olub. Yaşayışın bərpa olunmasından qısa zamanda sakinlər mavi yanacaqla tam təmin edilib. Mənim 58 yaşım var, ağlım kəsəni qəsəbədə qaz təhcizatı normal şəkildə təşkil olunub. Sonralar isə 80-ci illərdə Sovet Hakimiyyətinin islahatları ilə iqtisadi problemlərin ardınca, qazın verilməsində də fasilələr yarandı. Gələn mavi yanacaqda çox zəif olurdu».

Hüseyn Fərəcov deyir ki, əvvəllər bu qəsəbənin adı «26-lar» olub. Sonradan isə adını dəyişib, Həsənabad qəsəbəsinin Mirqurbanlı yaşayış məntəqəsi ediblər. «Qəsəbədə problemlərin başlanğıcı magistral yolun dəyişdirilməsi oldu. Bildiyiniz kimi, yol üsündə olan ərazilər həmihə inkişaf etmiş ərazilər sayılıb. Həmin vaxtdan etibarən qəsəbənin bir hissəsi rayon mərkəzinə köçürüldü və 90-cı illərin əvvəllərindən isə qaz təminatı sıfra endi».

Neftçala sakini vurğulayır ki, qaz borularının təmir olunmaması onların sıradan çıxmasına səbəb olub. «Neftçala Qaz İstismar idarəsindən gəlib boruların yararsız olduğun görüb, qazın verilməsin tamamilə dayandırdılar. 2003-cü ildə ölkə başçısının regionların mavi yanacağa təlabatın ödənilməsi dövlət proqramına, layihə üzrə bizim Neftçala rayonundan Həsənabad və Bankə qəsəbəsi yer almışdı. Mirqurbanlı yaşayış məntəqəsi Həsənabad qəsəbəsinin tərkibində olduğundan bu ərazilərədə qaz xəttləri çəkilməli idi. Elə xəttlər çəkilməyə başlayanda, bizim yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş borular məktəbimizin həyətinə yığıldı. Neftçalada özəl şirkət var idi, onun məsul işçiləri məktəbimizə gəlib və şəxsən məndən magistral yoldan Mirqurbanlıya çəkiləcək xəttin yerin soruşdu. Buraları yaxşı tanıdığımdan birbaşa apardım həmin yerə. Həsənabad qəsəbəsinə qaz xəttləri çəkilərkən, məktəbin həyətindəki borular aparıldı. Sonra məktəbə gəlib, məndən xəttin yerin soruşan Zakir müəllim zəng etdi ki, bəs, ”Hüseyn müəllim sizə qaz çəkilməyəcək,gedin çarə qılın başınıza”. Bu zaman Mirqurbanlı yaşayış məntəqəsində böyük narazılıqlar başladı. Bizdə demək olar ki, bütün sivil yollardan istifadə etdik, amma nəticəsi göz qabağındadır».

Məsələ ilə müxtəlif dövlət qurumlarına müraciət edən Mirqurbanlı kəndinin sakinləri indiyə qədər problemlərinin həllinə nail ola bilməyiblər. Hüseyn müəllim də qeyd edir ki, “Azəriqaz”ın direktoru Əkbər Hacıyev nə prezidentin verdiyi sərəncamlara məhəl qoyur, nə də vətəndaşların dərdin dinləyir. «Gedirsən qəbuluna, insanla elə rəftar edirlər ki, sanki haqq bunlardır. Bizsə şər atırıq. Çıxsın qarşımıza dərdimizi danışaq. Desin görək necə olur ki, Prezidentin sərəncamında göstərilən qaydada niyə sonacan qaz çəkilişi davam etdirilmədi. Neftçala şəhəri, Bankə və Xıllı qəsəbələri, həmçinin Həsənabad qəsəbəsi və onun yaşayış məntəqələrinə qaz çəkilişi göstərilsə də, Mirqunbanlı yaşayış məntəqəsinə qaz çəkilmədi. Buna cavab versin».

Hüseyn Fərəcov deyir ki, qış aylarında çox əziyyət çəkirlər. «Artıq həyətimizdə də yandırılası ağac qalmayıb. Çöldə yabanı halda bitən yulğun ağaclarını da kəsməyə icazə verilmir. Əgər belə hal baş verdikdə ağacları kəsən şəxs cərimə olunur. Bəs, biz nə edək, dərdimizi başqa kimə bildirək?! Bir desinlər görək, axı, bizim günahımız nədir?»

Qeyd edək ki, JAM.AZ-ın əməkdaşı Neftçala Qaz İstismarı İdarəsinə gedərək, məsələni yerində dəqiqləşdirməyə çalışıb. Oradan əməkdaşımıza deyilib ki, bununla bağlı SalyanRegional Qaz İdarəsinə müraciət etsinlər. Daha doğrusu, həmin idarənin Neftçala üzrə nümayəndəsi Mehrac Gözəlovla danışmağı məsləhət biliblər. Gözəlov isə JAM.AZ-ın əməkdaşını jurnalist olduğunu bildikdən sonra qapıdan qaytarıb. Və deyib ki, suallara cavab verə bilməz. ”Bu gözəl iki mərtəbəli bina sizi aldatmasın. Məndə burada fəhləyəm və sizin suallarınıza cavab verə bilmərəm”.

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.